Putin Cənubi Osetiya prezidentini təbrik edib

Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiyanın rəhbəri Alan Qaqloyevi Respublika Günü münasibətilə təbrik edib. 

Olaylar.az xəbər verir ki, təbrikin mətni Kremlin saytında dərc olunub.
"Hörmətli Alan Eduardoviç, Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu şanlı bayram inadkar mübarizədə qanuni azadlıq və müstəqillik hüququnu müdafiə edən Cənubi Osetiya xalqının şücaət və qəhrəmanlığının rəmzinə çevrildi", - deyə Rusiya Prezidenti qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31