Venesuelada neft emalı zavodunda güclü yanğın olub – VİDEO
20 Sentyabr 2022 11:08 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Runews24"-un xəbərinə görə, Venesuelanın Puerto-la-Kruz şəhərində neft emalı zavodunun ərazisində güclü yanğın baş verib.
Yanğın ildırım çaxmasından sonra baş verib.
Hadisə zamanı insan itkisi olmayıb və yanğın nəzarət altına alınıb.
Yanğınla əlaqədar açıqlama verən Venesuelanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi Tarek əl-Aysami bildirib ki, alov neft çənləri və emal kompleksinə zərər vurmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31