Blinken Mirzoyan və Bayramovu bu ayın sonuna qədər yenidən görüşməyə çağırıb
20 Sentyabr 2022 10:44 DünyaDövlət katibi Entoni Blinken son toqquşmalardan sonra ilk birbaşa danışıqlar üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, Dövlət katibi Blinken gələcək eskalasiyanın qarşısının alınmasının vacibliyini, sülh prosesinə qayıtmağın vacibliyini vurğulayıb.
"Onlar növbəti addımları müzakirə ediblər və Dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb", - Preyas deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31