Ukraynaya 300 PUA TƏHVİL VERİLDİ

Ukraynanın "Metinvest" şirkəti dəyəri 1,4 milyon dollardan çox olan 300 pilotsuz təyyarəni ordunun xidmətinə verib.

Olaylar.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, pilotsuz təyyarələr termal görüntülər və optik zumla təchiz olunub, buna görə də hərbçilər hətta gecə vaxtı da onların köməyi ilə düşmənin texnikasını və canlı qüvvəsini izləyə biləcəklər.

Qeyd olunub ki, onların əlavə batareyaları var, 10 kilometr uça bilir və təxminən 40 dəqiqə havada qala bilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31