"Uşaqların təxminən 70 faizi sadə mətni oxuya bilmir" - Antonio Quterreş

Kasıb ölkələrdə 10 yaşlı uşaqların təxminən 70 faizi sadə mətni oxuya bilmir.

Olaylar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

"Varlıların övladlarının ən yaxşı resurslara, məktəblərə və universitetlərə çıxışı var. Yoxsullar, xüsusilə qızlar həyatlarını dəyişə biləcək ixtisaslara yiyələnmək üçün böyük maneələrlə üzləşirlər. Köçkünlər və əlilliyi olan tələbələrin təhsilə çıxışı limitlidir və onlar çox böyük maneələrlə üz-üzədirlər", - Quterreş söyləyib.

O, dünya liderlərini təhsilin maliyyələşdirilməsi üçün məqsədyönlü addımlar atmağa çağırıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31