İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçir
19 Sentyabr 2022 16:05 DünyaOlaylar.az xəbör verir ki, İspaniya Müdafiə Nazirliyi bildirib ki, ölkə sentyabrın 19-dan öz ərazisində Ukrayna hərbçilərinin təliminə başlayacaq.
"Bu bazar ertəsindən etibarən ispan qoşunları Ukrayna əsgərlərinə təlim keçir", - deyə nazirlik bildirib.
Qeyd olunur ki, 20-yə yaxın ukraynalı hərbçinin təlimi Saraqosadakı bazada keçiriləcək. Bu, onların Ukraynaya gələn silahlarla işləmə bacarıqlarını təkmilləşdirməyə yönəldiləcək.
Daha əvvəl "Politico" Fransa Müdafiə Nazirliyi rəhbərinin məsləhətçisinə istinadən xəbər vermişdi ki, Fransa gizli şəkildə Ukrayna hərbçiləri üçün xüsusi təlimlər keçirə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31