Rusiya və Çin müdafiə nazirlikləri arasında gələcək əməkdaşlıq haqqında razılığa gəliblər
19 Sentyabr 2022 13:33 DünyaOlaylar.az xəbər verir ki, Rusiya və Çin, Baş Qərargahlar arasında təmasların gücləndirilməsi, birgə təlimlər və patrulların keçirilməsi vurğulanmaqla, müdafiə nazirlikləri arasında gələcək əməkdaşlıq haqqında razılığa gəliblər. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti məlumat yayıb .
Bildirilir ki, ölkələr sentyabrın 19-da Futszyan əyalətinin Nanpin şəhərində keçirilən strateji təhlükəsizlik üzrə məsləhətləşmələr zamanı belə razılığa gəliblər.
Tərəflər bildirib ki, "Hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq ifadə olunub"
Beynəlxalq gündəmdə olan bir sıra məsələlər üzrə ikitərəfli koordinasiyanın qurulmasının vacibliyi vurğulanıb. Patruşev həmçinin qeyd edib ki, Çinlə strateji tərəfdaşlığın inkişaf etdirilməsi kursu "Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir".
Məsləhətləşmələrdə Əfqanıstan problemi, Asiya-Sakit okean regionunda hərbi-siyasi vəziyyət, o cümlədən Tayvan ətrafında və Koreya yarımadasındakı vəziyyət də nəzərdən keçirilib. Qeyd olunur ki, həmsöhbətlər ABŞ və onun müttəfiqləri tərəfindən regionda gərginliyi artırmasından narahat olduqlarını bildiriblər.