Sovet kosmonavtı Valeri Polyakov vəfat edib

Kosmosa uçuş müddəti üzrə rekordçu olan sovet kosmonavtı Valeri Polyakov vəfat edib.
Olaylar.az xəbər verir ki, dövlət korporasiyası kosmonavtın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Polyakov "Mir" orbital stansiyasında 437 gün keçirərək, bir uçuşda kosmosda ən uzun müddət qalmaq üzrə mütləq rekorda imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31