Latviya sərhədində ruslara şərt qoyuldu- “Kremlin hərəkətlərini pisləyin”
19 Sentyabr 2022 12:36 DünyaOlaylar.az xəbər verir ki, Rusiya səfirliyi iddia edir ki, Rusiya vətəndaşları Latviyanın dövlət sərhədini keçərkən müxtəlif problemlərlə və təxribatlarla üzləşiblər. Diplomatların sözlərinə görə, ruslardan Rusiya hakimiyyətinin hərəkətlərini pisləyən bəyanat yazmaq tələb olunur. Eyni zamanda, Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Moskvanın viza məhdudiyyəti və ayrı-seçkilik "oyunu"na dəstək verməyəcəyini bildirib.
Ruslara qoyulan qadağa ilk növbədə, turist vizası olan ruslara təsir edəcək, lakin hətta bu halda da istisnalar olacaq. Bundan sonra yalnız üç dövlətdən birinin yaşayış icazəsi olanlar, vətəndaşlığı olanların ailə üzvləri, habelə humanitar yük daşıyan, nəqliyyat xidmətləri göstərən, tranzitlə və ya diplomatik missiya ilə səyahət edənlər Baltikyanı ölkələrə daxil ola bilərlər.