Ukraynada Rusiyanın "Su-25" qırıcı təyyarəsi vurulub

Ukraynanın Rusiyanın işğalı altında olan Xerson vilayətində Rusiya Silahlı Qüvvələrinin "Su-25" qırıcı təyyarəsi vurulub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Komandanlığından bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi Rusiyanın döyüş təyyarəsini məhv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31