Nevada ştatında hava yarışı zamanı pilot həlak olub

ABŞ-ın Nevada ştatının Reno şəhərində illik Reno Hava Yarışları zamanı təyyarə qəzaya uğrayıb və pilot həlak olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Reno Hava Yarışları Assosiasiyasının rəsmi Twitter hesabı məlumat yayıb.

"Biz təsdiq edə bilərik ki, bu gün yarış zamanı ölümlə nəticələnən qəza baş verib", - yazıda qeyd edilir.
Bildirilir ki, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) insidentlə bağlı araşdırma aparmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31