Rusiya Təhlükəsizlik Şurasının sədri Çinə yollandı

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 

katibi Nikolay Patruşev Çinə işgüzar səfərə gəlib . O, Çində ikitərəfli təhlükəsizlik məsləhətləşmələri aparacaq.

Rusiya nümayəndəsi "ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yang Jiechi ilə strateji sabitlik üzrə görüş keçirəcək. 

Patruşev həmçinin ictimai təhlükəsizlik, ədalət və asayişlə bağlı Rusiya-Çin əlaqələri üçün ÇKP MK Siyasi Bürosunun üzvü Quo Şenqkun ilə görüşəcək.

Rusiya Təhlükəsizlik Şurasının katibi bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında əldə olunan razılaşmaları müzakirə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31