Bu gündən etibarən ruslar Avropa ölkələrinə buraxılmayacaq

Olaylar.az xəbər verir ki, Estoniya, Polşa, Litva və Latviya Rusiya vətəndaşlarına, o cümlədən üçüncü ölkələr tərəfindən verilən Şengen vizası olanlara girişi qadağan edib.

"Latviya, Litva və Polşa ilə birlikdə ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün Rusiya vətəndaşları üçün turizmə ümumi məhdudiyyətlər tətbiq etmək qərarına gəldik" deyə baş nazir Kay Kallas bildirib. 

"Aİ-nin sərhəd dövlətləri olaraq biz Avropanın təhlükəsizliyini təmin etməliyik". 

Sentyabrın 19-u saat 00:00-dan etibarən rusiyalı səyahətçilər turizm məqsədilə dörd Avropa ölkəsinə buraxılmayacaqlar. Hökumət bildirir ki, giriş qadağası bütün vətəndaşlara şamil edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31