Türkiyə Qara dənizdə qaz kəmərinin tikintisinin başa çatma tarixini açıqlayıb
19 Sentyabr 2022 10:39 DünyaTürkiyə Qara dənizdəki təbii qaz yataqlarını quruda yerləşən hasilat sahələri ilə birləşdirəcək boru kəmərinin tikintisini 2022-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönmeza məlumat verib.
"Qara dəniz qazının quruya axacağı kəmərin tikintisi üzrə əsas işlər başa çatıb. Magistral kəmər bu ayın sonuna kimi başa çatdırılacaq. Ümumilikdə üç boru çəkiləcək", - deyə, o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31