Ukrayna ordusu bu əraziləri AZAD ETDİ

Şənbə günündən etibarən Ukrayna hərbçiləri Xarkov vilayətində Oskol çayının nəinki sağına, hətta sol sahilinə də nəzarət edir.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb.

"Dünəndən Ukrayna sol sahilə də nəzarət edir", - deyə bildirilib.

Qeyd edək ki, 11 sentyabrda Ukrayna müdafiə naziri Aleksey Reznikov ordunun Oskol çayının sahilinə çatdığını və bölgələri azad etməyə davam etdiyini söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31