Qırğızıstanda avtomobil körpüsü PARTLADILDI
17 Sentyabr 2022 23:11 DünyaQırğızıstanın Batken vilayətində tacik hərbçiləri 36 metrlik avtomobil körpüsünü partladıblar.
Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Kök-Taş-Aksay-Tamdıq avtomobil yolunun 7-ci km-də, Daça-Çayxana yolunun hissəsində Tacikistan hərbçiləri tərəfindən 36 metrlik körpü uçurulub", - məlumatda deyilir.
Mətbuat xidməti körpünün Ak-Suu çayının sahillərini birləşdirdiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31