"Bu ölkələrlə münasibətlərimiz çox fərqli mövqeyə çıxacaq" - Rəcəb Tayyib Ərdoğan
17 Sentyabr 2022 20:07 DünyaTürkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq məqsədi qoyub.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Təbii ki, biz Şanxay beşliyinin üzvü deyilik. Biz ev sahibi Özbəkistanın dəvəti ilə burada xüsusi qonaq kimi iştirak etdik", - deyə Türkiyə prezidenti bildirib.
R.T.Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq hədəfi olduğunu da deyib:
"İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq. Üzv olmaq və ya üzv olmamaq ayrı, amma bu addımla bu ölkələrlə münasibətlərimiz çox fərqli mövqeyə çıxacaq".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31