"Haker “Uber”-i “sındıraraq” sürücülərin maaşının artırılmasını TƏLƏB ETDİ
17 Sentyabr 2022 18:59 DünyaPopulyar taksi xidməti "Uber" haker hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti 18 yaşlı haker öz üzərinə götürüb. O, sürücülərin maaşlarının artırılmasını tələb edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, şirkət hücumu təsdiqləyib. Uber nümayəndələri bildiriblər ki, onların mütəxəssisləri haker hücumunun miqyasını öyrənmək üçün bir neçə daxili rabitə və mühəndislik sistemini söndürüblər.
Hazırda şirkət hadisə ilə bağlı araşdırma aparır və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31