"Danışıqların nə vaxt aparılacağına yalnız Zelenski qərar verə bilər" - Con Kirbi
16 Sentyabr 2022 23:30 DünyaRusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, həmçinin bildirib ki, Amerikanın Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək.
ABŞ hakimiyyəti daha yaxşı alternativlərin olduğuna inanır.
Kirbi bildirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31