Ərdoğan və Putinin Səmərqənddəki görüşü başa çatıb - ƏLAVƏ OLUNUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

Olaylar.az Trend-ə istinadən verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Görüşün 40 dəqiqə davam etdiyi bildirilir.

***

Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Onlar ikitərəfli əlaqələri, eyni zamanda, regional məsələləri müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31