Rusiya Müdafiə Nazirliyi: Rusiya qüvvələri Seversk vilayətində 400-ə qədər ukraynalı hərbçini vurub
16 Sentyabr 2022 14:55 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov brifinq zamanı bildirib ki, Rusiya ordusunun Donetsk Xalq Respublikasının (DXR) Seversk vilayətinə endirdiyi dəqiq zərbə nəticəsində Ukrayna 400 əsgərini itirib, ölüb və yaralanıb.Ukrayna Silahlı Qüvvələrinin 80-ci Hava Desant Hücum Briqadasının mövqeləri vurulub. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Xarkov vilayətinin Dvureçnaya və Kupyansk yaşayış məntəqələri ərazilərində Ukrayna ordusunun 66-cı mexanikləşdirilmiş briqadasının müvəqqəti dislokasiya məntəqələrini vurduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31