Putin ŞƏT nəzdində idman təşkilatları assosiasiyasının yaradılmasını təklif edib

Olaylar.az xəbər verir ki, "Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr assosiasiyanın nəzdində idman təşkilatları assosiasiyası yaratmaq barədə düşünməlidirlər"- belə bir təşəbbüslə Rusiya Federasiyasının prezidenti Vladimir Putin çıxış edib.  "Görünür, Şanxay Əməkdaşlıq Təşkilatının himayəsi altında böyük idman tədbirlərinin keçirilməsi perspektivi ilə idman əməkdaşlığının intensivləşdirilməsi üçün yaxşı imkanlar var. Bunun üçün biz assosiasiyamızın tərkibində idman təşkilatlarının assosiasiyasını yaratmaq barədə düşünə bilərik", -deyə  Putin bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31