Putin Qərbin sanksiyalar siyasətini dayandıracağına ümid etdiyini bildirib
16 Sentyabr 2022 13:13 Dünya"Rusiya Qərbin proteksionizm və sanksiyalar siyasətindən əl çəkəcəyini ümid edir".
Olaylar.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya lideri Qərb ölkələrini öz siyasətlərində iqtisadi eqoizm və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb.
"Bizim siyasətimiz eqoizmdən uzaqdır. Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da eyni prinsiplər əsasında siyasət quracaq, proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyə son qoyacaqlar", - Putin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31