Tokayev ŞƏT-i ən uğurlu beynəlxalq təşkilat adlandırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) ən uğurlu beynəlxalq təşkilat adlandırıb. 

Olaylar.az xəbər verir ki, o, bu bunu ŞƏT-ə üzv ölkələrin sammitində deyib.
"ŞƏT prosesinin iştirakçılarının coğrafiyası təbii ki, ildən-ilə genişlənir. Bu, təşkilata yüksək tələbatın inandırıcı sübutudur. Məncə, ŞƏT müasir dünyada mövcud olan ən uğurlu beynəlxalq təşkilatdır" - Tokayev bildirib.
Tokayev həmçinin ŞƏT ölkələri arasında hərbi-siyasi sahədə əməkdaşlığın artırılmasını təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31