Ağ Ev Kiyevə qabaqcıl raket sistemləri vermək niyyətindən danışıb- ÖZƏL
15 Sentyabr 2022 17:24 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Kiyevi döyüşməsi üçün lazım olan silahları, o cümlədən, qabaqcıl raket sistemləri ilə təmin etmək niyyətində olduqlarını bildirib. O, bu barədə MSNBC telekanalına danışıb.
"Biz Ukraynaya döyüşmək üçün çox ehtiyac duyduqları silah və texnikanı verəcəyik. Silahlar arasında artilleriya və qabaqcıl raket sistemləri var". O, daha əvvəl ABŞ-ın yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31