Bill Qeytsdən yeni xəbərdarlıq: “Bu, ən qorxulu olandır”

"Microsoft" qurucusu, milyarder Bill Qeytsdən yeni xəbərdarlıq gəlib.

İş adamı "New York Times" qəzetinin yazarı Devid Uellsin suallarını cavablandırıb. O, Ukraynadakı müharibənin və qlobal iqtisadi çətinliklərin dünyanın iqlim dəyişikliyi ilə üzləşməsinə səbəb olacağından narahat olduğunu deyib. Bu vəziyyəti "ən qorxulu şey" olaraq xarakterizə edən Qeyts, "gözlədiyimdən də pis yerdəyik", deyə söyləyib.

İqlim dəyişikliyini hər fürsətdə dünya üçün ən böyük təhlükə olaraq qeyd edən milyarder G20 sammitinin bəyanatında qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.

Qeyd edək ki, Bill Qeyts bu yaxınlarda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 4 milyard dollarlıq layihəyə başlayıb. ABŞ hökuməti bu  layihənin maliyyələşdirilməsinin təxminən 50 faizini təmin edəcək.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31