"Heç bir sənəd imzalamamışam, planlaşdırılmayıb" - Paşinyan TƏKZİB ETDİ
14 Sentyabr 2022 23:40 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin müəyyən sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
"Mən heç bir sənəd imzalamamışam, planlaşdırılmayıb, hətta mənim masamın üstündə belə bir layihə yoxdur", - Paşinyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Paşinyan ölkə parlamentində hökumət saatı zamanı demişdi ki, İrəvan müəyyən sənəd imzalamaq niyyətindədir. O hətta buna görə satqın adlandırıla biləcəyini də vurğulamışdı. Paşinyanın çıxışından sonra Ermənistanda kütləvi etiraz aksiyaları başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31