KTMT baş katibi İrəvana gedir
14 Sentyabr 2022 23:13 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas gələn həftə Ermənistana getməyi planlaşdırır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Onun sözlərinə görə, KTMT Birləşmiş Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi missiya sentyabrın 15-də Ermənistana uçacaq. Gələn həftə isə Stanislav Zas da İrəvana səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31