"Hədəfə çatmamışıq, lakin son yaxınlaşır" - ÜST-ün baş direktoru
14 Sentyabr 2022 21:19 DünyaKoronavirus pandemiyasının sonu yaxınlaşır.
Olaylar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31