"Təhlükədə olan dünya ilə qarşılaşırıq" - Antonio Quterreş
14 Sentyabr 2022 20:29 DünyaÜmumi çağırışların həlli dünya ictimaiyyətindən daha çox həmrəylik tələb edəcək, qarşıdan gələn aylar beynəlxalq sistemin gücünü sınamağa davam edəcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Dünya Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasının açılışında çıxışı zamanı deyib.
"77-ci sessiyaya diqqət yetirsək, 76-cı sessiyanı müəyyən edən bir çox problem hələ də bizimlədir. Biz təhlükəsizlik, insan hüquqları, davamlı inkişafın təmin edilməsi üzrə işlərin çərçivəsində təhlükədə olan dünya ilə qarşılaşırıq", - deyə A.Quterreş deyib.
BMT-nin Baş katibi münaqişələr, iqlim dəyişikliyi, inkişaf etməkdə olan ölkələrdə maliyyə qeyri-sabitliyi, yoxsulluq, aclıq və bərabərsizliyi əsas çağırışlar kimi müəyyən edib:
"Ümumi problemlərin həlli daha çox həmrəylik tələb edəcək. Qarşımızda duran aylar bu təşkilatın təmsil etdiyi beynəlxalq sistemin gücünü sınamağa davam edəcək".