İraqın şimalında iki terrorçu dəstə başçısı tutulub

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyat nəticəsində PKK terror təşkilatının iki üzvü saxlanılıb.
Bu barədə Olaylar.az-a Türkiyənin təhlükəsizlik qurumlarından bildirilib.

Məlumata görə, terrorçular - "Şahan Cihan" kod adlı Hatip Güney və "Tekoşin Kamışlı-Civan" kod adlı Aya Ahmet Süleyman Türkiyəyə gətiriliblər.
Qeyd olunub ki, Hatip Güney 2019-cu ildə PKK-ya qoşulub. O, qanunsuz yolla İrana, oradan isə İraqa keçərək Asos adlı düşərgədə terror təlimindən keçib. O, İraqın şimalında Mahmur bölgəsində PKK-nın düşərgəsində dəstə başçısı olub. Aya Ahmet Süleyman isə 2015-ci ildə PKK/PYD-YPG terrorçu qruplaşmasına qoşulub. Suriyada 2 il fəaliyyət göstərdikdən sonra 2017-ci ildə Suriyadan İraqın Qara bölgəsinə keçib. Orada təlim aldıqdan sonra 2018-ci ildən Mahmur düşərgəsində dəstə başçısı olub.
Hər iki terrorçu müxtəlif terror aksiyalarında iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31