Atom Elektrik Stansiyası atəşə tutulub
14 Sentyabr 2022 12:32 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Ukrayna arasında vəziyyət gərgin olaraq qalır. Rusiya tərəfi Ukraynanın AES-i atəşə tutduğunu idda edib. Hazırda münaqişə səngiyib. Zaporojye vilayətinin administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib ki, blok söndürüldükdən sonra ukraynalı hərbçilər Zaporojjya atom elektrik stansiyasını atəşə tutmağı dayandırıb. Balitski qeyd edib ki, hazırda UKraynadan yalnız yerli mərmi atılır. Balitski Zaporojye AES-in ərazisində radiasiya fonunun da normal olduğunu bildirib və artıq iki gündür Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmadığını vurğulayıb. Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye AES-ə üçüncü ehtiyat elektrik verilişi xəttinin bərpa olunduğunu elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31