İsrail seçkiləri: Netanyahu hakimiyyətə qayıda bilər

Olaylar.az xəbər verir ki, İsraildə qarşıdan gələn seçkilərlə bağlı sorğu keçirilib. İctimai rəyin nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi cəbhədə yer alan Dini Sionizm partiyasının 12, Şas 9, Birləşmiş Tövrat Yəhudilik partiyasının isə 7 yer alacağı gözlənilir. Bildirilib ki, İsraildə 3 ərəb partiyasının təşkil etdiyi Birləşmiş Ərəb Siyahısının rəy sorğusuna görə 5 yer tutacağı gözlənilir. Birləşmiş Ərəb siyahısı Netanyahuya qoşulmaqdan imtina etsə də, Lapidin quracağı hökumətdə olacağına dair hələ heç bir işarə verməyib.Netanyahu cəbhəsinə Likud, Dini Sionizm, Şas və Birləşmiş Tövrat Yəhudiliyi partiyaları, müxalifət cəbhəsinə "Yeni Ümid", "İsrail bizim evimizdir", "Yamina", "Gələcək var", "Mavi və Ağ", "Əmək", "Meretz" partiyaları və "Birləşmiş Ərəb siyahısı" partiyaları daxildir. Hökuməti formalaşdırmaq üçün parlamentdəki 120 deputatdan ən azı 61-i etimad səsini almalıdır. Seçkilərin tarixi noyabr ayınnın  əvvəlinə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31