Tacikistan-Qırğızıstan sərhədində atışma baş verib
14 Sentyabr 2022 11:30 DünyaTacikistan hərbçiləri Qırğızıstan sərhədçiləri ilə birgə sərhədin müəyyən edilməmiş hissəsində atışma zamanı minaatanlardan istifadə ediblər.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "İnterfaks"-ın məlumatına görə, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb:
"Sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahlı insident baş verib. Tacikistan tərəfi minaatanlardan istifadə edib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb".
İnsident Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində baş verib.
Tərəflər arasında gərginliyin qarşısını almaq məqsədilə telefon danışıqları olub, görüş planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31