"Almaniyadan gələn siqnallar məyusedicidir" - Ukrayna xarici işlər naziri

Almaniyanın Ukraynaya tank və döyüş maşınlarını vermək istəməməsi ilə bağlı mesajlarından məyusuq.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Almaniyadan gələn siqnallar məyusedicidir. Halbuki Ukraynanın insanları soyqırımdan xilas etmək üçün "Leopard" və "Marder"lərə ehtiyacı var. Bu silahların bizə verilməməsi üçün heç bir rasional arqument yoxdur. Olan yalnız mücərrəd qorxular və bəhanələrdir", - nazir bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31