Qazaxıstan paytaxtının adı yenidən dəyişdirilə bilər
13 Sentyabr 2022 15:57 Dünya"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublika parlamentinin bir qrup deputatının təşəbbüsündən xəbərdardır. Təşəbbüs Nur-Sultan şəhərinə əvvəlki - Astana adının qaytarılmasını nəzərdə tutur".
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Regnum.ru"-nun məlumatına görə, bu barədə sentyabrın 13-də jurnalistlərə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
"Parlamentarilərin təklifi dövlət başçısının razılığı ilə Konstitusiya qanunu layihəsinə daxil edilib", - deyə Jeldibay bildirib.
O əlavə edib ki, Tokayev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin respublikanın formalaşmasında rolunu tarixi baxımdan həlledici olaraq dəyərləndirir.
Xatırladaq ki, sentyabrın 2-də "Jana Qazaxstan" ("Yeni Qazaxıstan") parlamentinin bir qrup deputatı Nur-Sultan adının Astana olaraq dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Bildirilmişdi ki, bir adamın adının sağlığında şəhərə verilməsi düzgün deyil.