Avropa İttifaqının 9 ölkəsi rus vətəndaşlarına viza verilməsini dayandırıb

Aİ-nin 9 ölkəsi Rusiya vətəndaşlarına turist vizası vermək üçün sənədləri qəbul etmir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Turist Operatorları Assosiasiyasından bildirilib.
Məlumata görə, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland Rusiya vətəndaşlarına turist vizası vermir.
Vurğulanıb ki, İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr adasının yunan hissəsi Rusiya vətəndaşlarına Şengen deyil, milli vizaların verilməsinə qadağa qoyulmasına dair qərar qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31