Bəzi ruslara Gürcüstana giriş qadağan edilməyə başlandı
13 Sentyabr 2022 13:21 DünyaBəzi Rusiya vətəndaşlarına heç bir izahat verilmədən Türkiyə ilə sərhəddə Gürcüstana giriş qadağan edilməyə başlandı.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Trabzondakı Baş Konsulluğu məlumat yayıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, həftədə bir neçə dəfə Türkiyə-Gürcüstan avtomobil buraxılış məntəqəsi "Sarpi"yə səyahətçilərdən girişin qadağan edilməsi ilə bağlı şikayətlər daxil olur.
"Təəssüf ki, Gürcüstan sərhəd rəsmiləri keçiddən imtinanın səbəblərini izah etmirlər", - deyə, konsulluqdan bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31