Rusiya XİN Ermənistanın sərhəddəki təxribatları ilə əlaqədar bəyanat yayıb
13 Sentyabr 2022 12:46 DünyaRusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbayanla sərhəddəki son təxribatları ilə əlaqədar bəyanat yayıb.
Olaylar.az-ın məlumatına görə, Rusiya ötən gecə baş vermiş hadisələrlə bağlı narahatlığını bildirib.
"Sentyabrın 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin fərqli rayonlarında vəziyyətin qəfil kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı ifadə edirik", - bəyanatda deyilir.
Rusiya tərəfləri vəziyyətin gərginləşməsindən qaçınmağa, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırır.
"Biz Bakı və İrəvanla sıx təmasdayıq", - bəyanatda deyilir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31