ABŞ Kiyevə 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlaya bilər

ABŞ hökuməti bu həftə Kiyevə 600 milyon dollarlıq yeni hərbi yardım paketini elan edə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Politico yazır.

Nəşrin məlumatına görə, Pentaqon bu yaxınlarda Konqresə sentyabrda 1,3 milyard dollar məbləğində vəsaitə sərəncam vermək səlahiyyətindən istifadə edəcəyi barədə məlumat verib.

Qeyd ki, ötən həftə ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31