Azyaşlı uşaq çayda boğulub
13 Sentyabr 2022 11:11 DünyaHəştərxan vilayətində səkkiz yaşlı uşaq Çurka çayında boğulub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat verib.
"Altı və səkkiz yaşlı iki qardaş nənələrindən rayonun Volodarski rayonunun Yamnoye kəndindəki uşaq meydançasında oynamağı xahiş ediblər. Həmin vaxt uşaqların anası işdə olub. Uşaqlar evə gəlmədiyi üçün, nənə hüquq-mühafizə orqanlarına xəbər verərib", - məlumatda deyilir.
Qeyd edək ki, Çurka çayının sahilində səkkiz yaşlı uşağın cəsədi ilə yanaşı, uşaq əşyaları da tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31