Dünya şöhrətli aktrisa 104 yaşında VƏFAT ETDİ
12 Sentyabr 2022 23:40 DünyaDünya şöhrətli amerikalı aktrisa Marşa Hant 104 yaşında vəfat edib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.
Marşa Hant 1917-ci il oktyabrın 17-də Çikaqoda anadan olub və yetkinlik yaşına çatmamışdan cəmi bir il əvvəl "Paramount Pictures"lə əmək müqaviləsi bağlayıb.
Marşa Hant "Bu Qlamur Qızlar", "Qürur və qərəz", "Güzəştsiz" və bir çox başqa layihələrdəki rolları ilə tamaşaçılara tanışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31