Ukrayna ordusu Donetsk vilayətində irəliləməyə başlayıb - FOTO

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində aktiv əks-hücum əməliyyatlarını davam etdirirlər.

Olaylar.az "report"a istinadən bildirir ki,  bu barədə "RBC-Ukrayna" xəbər verib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk vilayətində tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb.

Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Borovaya kəndi yaxınlığında geri çəkilməyə başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31