“İndiana Cons”un beşinci hissəsi belə olacaq
12 Sentyabr 2022 21:08 DünyaHarrison Ford beşinci hissədən sonra "İndiana Cons" roluna qayıtmaq planının olmadığını təsdiqləyib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "D23 Expo" tədbiri zamanı məlumat verib.
Aktyor həmçinin filmin tamaşaçıları həqiqətən heyran edəcəyinə söz verib.
Ford bildirib ki, filmdə fentezi elementləri olacaq.
Qeyd edək ki, yeni "İndiana Cons" 30 iyun 2023-cü ildə təqdim olunacaq. Rollarda Antonio Banderas və Mads Mikkelsen də olacaq.
Filmin rejissoru Ceyms Manqolddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31