Kraliçanın tabutu Edinburq şəhərindəki kilsəyə aparıldı
12 Sentyabr 2022 19:41 DünyaBöyük Britaniya Kraliçası II Elizabetin tabutunu aparan kortej Şotlandiyanın Edinburq şəhərindəki Holirud sarayından St.Giles kilsəsinə istiqamət götürüb.
Olaylar.az qafqazinfo-ya xəbər verir ki, Kral III Çarlz və kral ailəsinin digər üzvləri tabutu müşayiət ediblər.
Bildirilib ki, kilsədə Kraliçanın xatirəsinə mərasim keçiriləcək, bundan sonra 24 saat ərzində ictimaiyyət onunla vidalaşa biləcək.
Kraliçanın cənazəsi çərşənbə axşamı Londona aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31