BƏƏ “Bayraktar TB2” pilotsuz hücum kompleksi ALACAQ
12 Sentyabr 2022 19:03 DünyaBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən "Bayraktar TB2" pilotsuz hücum kompleksi və "Roketsan" şirkətinin istehsal etdiyi MAM-L yüksək dəqiq aviasiya bombaları alacaq.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Türkiyə tərəfi ilə bu ilin martından aparılan danışıqlar başa çatmaq üzrədir və tezliklə müvafiq saziş imzalanacaq. Xəbərlərdə qeyd olunub ki, Əmirliklərin hökuməti altı il ərzində təhvil veriləcək hücum kompleksinə daxil olan 120 dron və onlar üçün yüksək dəqiq aviasiya bombalarının alınması üçün 2 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Pilotsuz hücum kompleksinin istehsalçısı "Baykar" kompaniyası hər il BƏƏ-yə 20 dron tədarük edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31