“Avatar 4”ün çəkilişlərinə START VERİLDİ
12 Sentyabr 2022 18:36 DünyaCeyms Kameron "D23 Expo"da şəxsən iştirak etməsə də, tədbirə qatılanlara videomüraciət ünvanlayıb.
Olayalar.az oxu.az-a istinadən xəbər verir ki, "Oskar" mükafatlı rejissor "Avatar" filminin davamı haqqında danışıb.
O, "Avatar: Suyun Yolu" filmi üzərində işlərin davam etdiyini bildirərək, hər şeyin "əla getdiyini" qeyd edib.
Rejissor "Avatar 3"ün çəkilişlərinin getdiyini və "Avatar 4"ün istehsalına rəsmi olaraq başlandığını təsdiqləyib.
Sonuncunun premyerası 2026-cı il dekabrın 17-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31