ABŞ Apple-ı iPhone 14-də Çin çiplərindən istifadə etdiyinə görə tənqid edir

ABŞ senatorları şirkətin yeni iPhone 14 smartfonunda Çin istehsalı olan çiplərdən istifadə etmək təşəbbüsü ilə bağlı Apple-ı tənqid ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Söhbət Apple şirkətinin Yangtze Memory Technologies Co ilə əməkdaşlığından gedir. YMTC məhsulları bu yaxınlarda təqdim edilmiş smartfonda istifadə oluna bilən Çin yarımkeçirici istehsalçısıdır.
Financial Times-ın məlumatına görə, Respublikaçılar Partiyasının üzvü Marko Rubio xəbərdarlıq edib ki, Apple-ın təşəbbüsü həyata keçirmək üçün atdığı addım federal hökumətin araşdırmasına səbəb olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31