Ukrayna hərbçiləri ötən gün 20-dən çox yaşayış məntəqəsini azad edib

Sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələri 20-dən çox yaşayış məntəqəsini azad edib, onlar tam nəzarətə götürülüb və sabitləşdirmə tədbirləri həyata keçirilir.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində iqeyd edilib.
Qeyd edilir ki, Rusiya hərbçiləri öz səylərini Donetsk vilayətinə nəzarətin yaradılmasına, müvəqqəti ələ keçirilmiş ərazilərin saxlanmasına və müəyyən mövqelərdə Ukrayna qoşunlarının hücumunu dayandırmağa cəmləşdirir.
"Düşmən mövqelərimizi atəşə tutmaqda davam edir, havadan kəşfiyyat aparır və itirilmiş mövqelərin bərpası üçün tədbirlər görməyə çalışır", - Ukrayna ordusundan bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31