Azərbaycanlıların olduğu gəmiyə atəş açıldı - VİDEO

Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən "Anadolu" adlı gəmiyə atəş açıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.

Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.

Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31